Modern.az

Moskvaya dronlarla hücum edildi

Moskvaya dronlarla hücum edildi

Dünya

4 İyul 2023, 09:34

Rusiyanın paytaxtı Moskva şəhərinə gecə radələrində dronlarla hücum edilib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin açıqlama verib.

 

O, hücumun Ukrayna ordusu tərəfindən təşkil olunduğunu idda edib. Merin sözlərinə görə, hadisə aeroport yaxınlığında yerləşən hərbi bazada qeydə alınıb.

 

Sobyanin vurğulayıb ki, hücum zamanı itki olmayıb.

 

Rusiya Müdafiə Nazirliyi isə məlumat yayıb ki, 4 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Daha 1 PUA elektron döyüş vasitəsi ilə sıradan çıxarılıb və Moskva vilayətinin Odintsovo rayonu ərazisinə düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu