Modern.az

Dərsliklərə kimlərin adı daxil edilməlidir? - Yeni təklif var

Dərsliklərə kimlərin adı daxil edilməlidir? - Yeni təklif var

Təhsil

22 İyul 2013, 10:49
 


Modern.az
 saytı ədəbi aləmdə dəyərə malik olub dərsliklərə düşə bilməyən yazarlar barədə müzakirələrini davam etdirir. Bu dəfə polemikaya Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmlər doktoru, professoru Asif Rüstəmli qoşulub.  

– Xalq Cümhuriyyətinin devrilib sovetin qurulduğu ilk illərdə istiqlal mücahidlərinin gizli fəaliyyətini araşdırmışam. O dövrün yazarlarından biri Əbdürrəhman Daidir. Məhrumiyyətlərə, çatışmazlıqlara baxmayaraq istiqlal mübarizəsini davam etdirməsi onun nə dərəcədə böyük şəxsiyyət olmasına bir nişanədir. Belə insanları gənclərimiz tanımalıdır, onlardan örnək götürməlidir. İstərdim ki, bugünkü gəncliyimiz örnək kimi onun həm poeziyasını, yaradıcılığını, həm də həyatını öyrənsin. Çünki bu çox vacibdir. Daha sonra mən Əli Yusifin də adını çəkə bilərəm. Cümhuriyyətin yarandığı dönəmdə ilk olaraq Parisə oxumağa gedənlərdən biridir. Parisdə hüquq təhsili alıb, sovet dövründə Azərbaycana qayıdıb. Çox gözəl şeirlər yazıb. O da sonradan şərlənərək, böhtana uğrayaraq sürgün edilib. Atası sayılıb seçilən ziyalılardan biri olub. Əsilləri Şuşadandır. “Həqiqəti-Əfkar” qəzetini nəşr etdirib. Mirzə Cəlal Yusifzadənin çox zəngin yaradıcılığı var. O həm jurnalist, həm yazıçı, bir sözlə, dövrünün dəyərli maarifçisi olub. Uzun illər məktəb direktoru işləyib. Amma adını çəkdiym “Həqiqətül-Əfkar” qəzetinin Azərbaycanda bircə nömrəsi belə yoxdur. Mən Sankt-Peterburqda Saltıkov-Şedrin adına kitabxanada araşdırma apararkən Şərq bölməsində qəzetin bir nömrəsi var.  

Elmin Nuri
 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım