Modern.az

NATO əks-hücum üçün Ukraynaya qırıcı verməyəcək

NATO əks-hücum üçün Ukraynaya qırıcı verməyəcək

Dünya

4 İyul 2023, 10:14

"Ukrayna ən azı indiki əks-hücum əməliyyatı başa çatana qədər müasir Qərb qırıcılarını əldə etməyəcək".

 

Modern.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer LBC radiostansiyasına müsahibəsində bildirib.

 

"Qırıcılar haqqında müzakirə vacibdir, lakin bu əks-hücum üçün qısa müddətdə həll edilməyəcək. Pilot hazırlığı, texniki personalın hazırlanması, bu təyyarələri dəstəkləyə biləcək maddi-texniki təchizat əks-hücum tamamlanana qədər mümkün olmayacaq", - o deyib.

 

Bauerin sözlərinə görə, Ukraynanın Qərb qırıcılarını istəməsi vacib və anlaşılandır, lakin "biz bunu indi əks-hücum müzakirəsi ilə qarışdırmamalıyıq".

 

"Düşünürəm ki, Ukraynanın üstünlüyü var, çünki o, Qərbin silah sistemlərinə malikdir, daha yaxşı təlimə malikdir və ən əsası, daha yüksək əhval-ruhiyyə və motivasiyaya malikdir”, - o əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu