Modern.az

Qurban Yetirmişli: Zəlzələ 10 saniyədən az çəkib

Qurban Yetirmişli: Zəlzələ 10 saniyədən az çəkib

4 İyul 2023, 11:10

Saat 00:01-də Xəzər dənizində, Azərbaycanın şimal-şərqində zəlzələ baş verdi. Yeraltı təkanlar 5.5 bal gücündə idi. Zəlzələnin maqnitudası dərində olduğu üçün bütün şimal rayonları, eləcə də Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında hiss olundu.


Modern.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair mətbuat konfransında deyib.

 

"Təkanın baş verməsi 10 saniyədən az çəkib, qorxulu deyildi. Heç bir fəsad və dağıntı olmayıb. Sosial şəbəkələrdə şayiələr yayılmışdı, insanlar onlara inanmasın. Ancaq rəsmi qurumların məlumatlarına inansınlar", - Qurban Yetirmişli vurğulayıb.

 

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Quba, Xaçmaz, Siyəzən rayonları, Sumqayıt və Bakı şəhərləri, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?