Modern.az

Təkrar zəlzələ olmayacaq

Təkrar zəlzələ olmayacaq

4 İyul 2023, 11:29

"Zəlzələnin təkrarlanma nəzəriyyəsi ölkəmizdə özünu doğrultmayıb. Bunu öz təcrübəmə əsasən söyləyə bilərəm".


Modern.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair mətbuat konfransında deyib.


"Azərbaycanda zəlzələnin təkrarlanma nəzəriyyəsi özünü doğrultmur. Keçən əsrdə Şamaxıda olan dəhşətli zəlzələdən sonra həmin gücdə zəlzələ baş verməyib. Yəni nəzəriyyələr çox vaxt özünü doğrultmur",- baş direktor bildirib.

 

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Quba, Xaçmaz, Siyəzən rayonları, Sumqayıt və Bakı şəhərləri, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi