Modern.az

Rəsul Quliyevlə İsa Qəmbərin liderlik davası – QALMAQAL

Rəsul Quliyevlə İsa Qəmbərin liderlik davası – QALMAQAL

Təhsil

22 İyul 2013, 11:49


Hər ikisi eyni komandada- Milli Şurada təmsil olunmalarına baxmayaraq eks-spiker Rəsul Quliyev və Müsavat başqanı İsa Qəmbər arasında soyuq müharibə səngimək bilmir. Xüsusən də R.Quliyev seçkiqabağı okeanın o tayından gah İsa Qəmbərin, gah da onun başqanı olduğu partiyanın ünvanına ağır ittihamlar səsləndirməklə gündəmdən düşmür. İsa Qəmbərin prezidentliyə namizədliyini həzm edə bilməyən Milli Məclisin sabiq sədri bu dəfə Müsavat başqanını dağıdıcılıqda ittiham edib.

Modern.az-ın məlumatına görə, R.Quliyev Müsavat başqanının prezidentliyə layiq olmadığını bildirib. Eks-spiker bu barədə Azforum-un suallarını cavablandırarkən deyib:

“Azərbaycanın gələcəyi uğrunda gedəcək mübarizədə Milli Şura adı altında birləşməkdən söhbət gedirsə, burada İsa Qəmbər şəxsiyətini müzakirə etmək düzgün deyil. Onun Azərbaycanın gələcəyinin formalaşmasında nə rolu ola bilər, məndən soruşsanız ancaq neqativ cavabını verərəm. Çünki insanda konkret bu xalq üçün nə istəyir fikri formalaşmayıb. Onun prezidentin səlahiyyəti və məsuliyyəti barədə anlayışı 1992-ci ilin may ayının səviyyəsində qalıb. Söhbət burada ondan yox, Müsavat partiyasından gedir. Milli Şura yaradanda Müsavat partiyasını kənarda saxlamaq düzgün deyildi. İndi əgər İsa Qəmbər səhv hərəkətlərə yol verirsə məsuliyyət Müsavat partiyasınındır, onun yox. Müsavat partiyası liderinin dağıdıcı siyasətinə yox deyə bilmirsə məsuliyyəti onunla birlikdə daşıyır, bu aksiomadır”.

Anar RÜSTƏMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım