Modern.az

Ruhani İlham Əliyevi İrana dəvət etdi

Ruhani İlham Əliyevi İrana dəvət etdi

Təhsil

22 İyul 2013, 11:59

İranın yeni prezidenti Həsən Ruhani andiçmə mərasiminə bütün ölkə rəhbərlərini  dəvət edib. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə,  bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Araqçı açıqlama verib. Onun özlərinə görə, bütün ölkələr Ruhaninin inaqurasiyasına dəvətlidir.

“Bütün ölkələrin rəhbərləri İranın yeni seçilmiş president Həsən Ruhaninin inaqurasiya mərasiminə dəvət edilib.”

 Araqçının sözlərinə görə, Avropa ölklələrinin rəhbərləri və ABŞ da mərasim üçün dəvət olunub. ”Bəzi ölkələrə dəvət göndərilib və onlar mərasimdə iştirak edəcəklər.” XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, iyunun 14-də İranın yeni prezidenti seçilmiş Həsən Ruhaninin andiçmə mərasimi avqustun 4-də keçiriləcək.

Peykər İbrahimova

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım