Modern.az

Bahçeli Quranın yandırılmasını pislədi - Murdar əllər qırılacaq

Bahçeli Quranın yandırılmasını pislədi - Murdar əllər qırılacaq

4 İyul 2023, 12:56

Türkiyədə hakim partiyanın siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli İsveçdə Quran kitabının yandırılmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" yazıb.

 

"İsveçdə həssaslığımıza hər saniyə toxunan dözümsüzlüyü lənətləyirəm və Allahın kitabına uzanan natəmiz əllərin gün gəldiyində qırılacağına səmimi qəlbdən inanıram”, - o qeyd edib.

 

MHP lideri hadisəni pislədiklərini vurğulayıb.

 

Qeyd edək ki, iyunun 28-də Stokholmun mərkəzində iraqlı mühacir müsəlmanların müqəddəs Qurban bayramında namaz qılarkən Quranı yandırıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu