Modern.az

Bu ölkədə gözəllik salonları QADAĞAN edildi

Bu ölkədə gözəllik salonları QADAĞAN edildi

Dünya

4 İyul 2023, 13:18

Əfqanıstanda hakimiyyəti 2021-ci ilin avqustunda ələ keçirmiş Taliban qruplaşması ölkədə gözəllik salonlarını qadağan edib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, müvafiq nazirliyin məktubuna əsasən verilən lisenziya və müqavilələr etibarsız sayılır.

 

Bəzi müəssisə sahiblərinin verdiyi məlumata görə, bu gün qadınların gözəllik salonlarında işləməsi ailələrini dolandırmağın yeganə yoludur.

 

"Deyirlər ki, kişilərə işləmək imkanı yaratsalar, özləri də evdən çölə çıxmayacaqlar", - məlumatda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu