Modern.az

I qrupun imtahan nəticələri iyulun 24-də açıqlanacaq

I qrupun imtahan nəticələri iyulun 24-də açıqlanacaq

Təhsil

22 İyul 2013, 12:43

I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri iyulun 24-də açıqlanacaq. Bu barədə Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O qeyd edib ki, hazırda imtahan protokolları və cavab kartları oxunur.
“Yəni proses davam edir. Buna görə imtahandan nə qədər abituriyentin xaric edildiyi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.  I qrup üzrə 36 883 abituriyent ərizə təqdim edib. Onlardan 34 240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22 372 nəfərini oğlanlar, 14 511 nəfərini isə qızlar təşkil edir. 21 210 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13 766 nəfər isə orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım