Modern.az

Kılıçdaroğlu Özdağın kadrını özünə müşavir etdi

Kılıçdaroğlu Özdağın kadrını özünə müşavir etdi

Dünya

4 İyul 2023, 14:32

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu özünə yeni müşavir təyin edib.

 

Modern.az "Diken"ə istinadən xəbər verir ki, bu, Gökşen Anıl Ulukuşdur.

 

Ulukuş Ümit Özdağın sədri olduğu Zəfər Partiyasının gənclər qolu kimi bilinən "Ay Ulduz Hərəkatı"nın keçmiş sədridir.

 

Təyinatla bağlı Ulukuş sosial mediada məlumat yayıb.

 

Qeyd edək ki, Ümit Özdağla yaxın münasibətləri olmuş və onunla birlikdə çalışmış Ulukuş 5 oktyabr 2021-ci ildə hərəkatın sədrliyindən istefa verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu