Bərdə rayonunun Zümürxan kəndində ümumi sahəsi 120 m² olan talvarın taxta atmaları və altına yığılan 50 ton ot bağlamasının 7 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdaş rayonunun Yuxarı Ləki kəndində ümumi sahəsi 144 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.