Modern.az

Taleh Kazımov AYİB nümayəndələri ilə görüşdü 

Taleh Kazımov AYİB nümayəndələri ilə görüşdü 

4 İyul 2023, 18:16

"Bu gün Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük".

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov Twitter hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, görüş zamanı AYİB-in Qafqaz üzrə yeni regional direktoru təyin olunmuş Alkis Vrienios Drakinos və Azərbaycan üzrə Ofisinin rəhbəri Nataly Muravidze təqdim edilib.

 

“Görüşdə AYİB-in Azərbaycandakı fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Eyni zamanda, Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə etdik”, - deyə Taleh Kazımov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi