Modern.az

Çin Quranın yandırılmasını PİSLƏDİ

Çin Quranın yandırılmasını PİSLƏDİ

Dünya

4 İyul 2023, 21:43

Çin İsveçdə Quranın yandırılmasını pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.

 

O, müsəlmanlara qarşı hər cür hərəkətə və dini inancları hədəf alan fəaliyyətə qarşı olduqlarını vurğulayıb.

 

“Heç kəsin ifadə azadlığından münaqişənin başlanması və ya bir sivilizasiyanı digər sivilizasiyaya qarşı qızışdırmaq üçün bəhanə kimi istifadə etməsinə icazə verilməməlidir.", - çinli diplomat deyib.

 

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb.

 

İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb. Aksiyadan dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?