Modern.az

ATƏT PA Rusiyanı terrorizmin sponsoru kimi TANIDI

ATƏT PA Rusiyanı terrorizmin sponsoru kimi TANIDI

Dünya

4 İyul 2023, 22:29

ATƏT Parlament Assambleyası Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk bildirib.

 

Qurum, həmçinin "Vaqner" muzdlularını terror təşkilatı kimi tanıyıb.

 

Qərar ATƏT Parlament Assambleyasının Vankuverdə keçirilən sessiyasında qəbul edilib. Yekun bəyannamədə deyilir ki, terrorizm beynəlxalq sülh və təhlükəsizliyə ən böyük təhdidlərdən biridir.

 

Vurğulanır ki, ATƏT-ə üzv dövlətlər “Vaqner”ə və onun tabeliyində olan strukturlarına qarşı tədbirlər görməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?