İsveçrə Avropanın raket əleyhinə müdafiə üzrə Səma Qalxanı Təşəbbüsünə qoşulmaq qərarına gəlib.
Modern.az xəbər verir ki, müvafiq sənədi ölkənin müdafiə naziri Viola Amherd imzalayacaq.
Bildirilir ki, Amherd cümə günü, iyulun 7-də Avstriya və Almaniyadan olan həmkarları ilə görüş zamanı proqrama qoşulmaq niyyəti haqqında bəyanat imzalayacaq .
"İsveçrə Avropanın Səma Qalxanı təşəbbüsündə iştirak etmək istəyir və Berndə niyyət bəyannaməsi imzalanacaq", - deyə İsveçrənin Müdafiə Nazirliyi açıqlayıb.
Proqram Almaniya tərəfindən 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda başladılıb. Hazırda Avropanın Səma Qalxanı proqramında 17 ölkə iştirak edir. Bunlar Almaniya, Böyük Britaniya, Slovakiya, Latviya, Macarıstan, Bolqarıstan, Belçika, Çexiya, Finlandiya, Litva, Niderland, Rumıniya, Sloveniya, Estoniya, Norveç, Danimarka və İsveçdir.
Qeyd edək ki, İsveçrə qanunları sülhün mühafizəsi əməliyyatlarında iştirakını qadağan edir.