Modern.az

Bakıda restoranda güclü YANĞIN

Bakıda restoranda güclü YANĞIN

Hadisə

5 İyul 2023, 08:36

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nəsimi rayonunda yerləşən restoranda baş verən güclü yanğınla bağlı məlumat yayıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 m² olan restoranın anbarının yanar konstruksiyaları 14 m² sahədə, 3 ədəd soyuducu, 1 otağında 3 ədəd televizor və tavanın taxta üzlüyü 50 m² sahədə yanıb.

 

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər