Modern.az

"Prius" 61 yaşlı kişini vurub öldürdü

Hadisə

5 İyul 2023, 09:08

Bakıda avtomobil 61 yaşlı kişini vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, Binəqədi rayon ərazisində 1982-ci il təvəllüdlü Zaur Fərəcov idarə etdiyi "Toyata Prius" markalı avtomobillə yolu keçən 1962-ci il təvəllüdlü İslah Qafarovu vurub.

 

Piyada xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər