Modern.az

Göyçay sakini qonşusunu öldürdü

Göyçay sakini qonşusunu öldürdü

Hadisə

5 İyul 2023, 12:23

İyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əliyev Abbas Yasin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, onlar qonşu olublar.

 

Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu