Modern.az

Lənkəranda iki maşın toqquşdu - Xəsarət alanlar var

Lənkəranda iki maşın toqquşdu - Xəsarət alanlar var

Hadisə

5 İyul 2023, 12:56

Lənkəranda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Göyşaban kəndi ərazisində baş verib.

 

Belə ki, "VAZ-2104" və "QAZ-2124" markalı avtomobillər toqquşub. Nəticədə "QAZ-2124"ün sürücüsü, 1945-ci il təvəllüdlü Tələt Rəhimov və "VAZ-2104" markalı avtomobilin sərnişini, 1959-cu il təvəllüdlü Seyran Nəzərov xəsarət alıblar.

 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri orta ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər