Göyçayda bədbəxt hadisə olub.
Modern.az xəbər verir ki, hadisə Göyçay rayonunun Ləkçılpaq kəndində baş verib.
Məlumata görə, kənd sakini, 1992-ci il təvəllüdlü Sevda Xadiməsgərini yaşadığı evdə elektrik cərəyanı vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.