Modern.az

TQDK 40 abituriyenti imtahandan qovub

TQDK 40 abituriyenti imtahandan qovub

Təhsil

22 İyul 2013, 16:09

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 21-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə  I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

Komissiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində 69 imtahan mərkəzində aparılıb.

İmtahan bütün binalarda saat 11:00-da başlamış və 3 saat ərzində aparılb. 

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanmış və imtahanın gedişi nəzarətdə saxlanıb.   

 Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılıb.  

İlkin məlumatlara əsasən müxtəlif binalarda 40 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə yol verdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.   

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım