Modern.az

Səfirliyə hücum edən şəxsə ən ağır cəza veriləcək - Abdullahiyan

Səfirliyə hücum edən şəxsə ən ağır cəza veriləcək - Abdullahiyan

Ölkə

5 İyul 2023, 16:40

“Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək”.

 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda jurnalistlərə açıqlamasında deyib.

 

“Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”, - deyə nazir bildirib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. Məlum hadisədən sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım