Modern.az

YAP rəhbərliyi cəbhə bölgəsinə gedib

YAP rəhbərliyi cəbhə bölgəsinə gedib

Təhsil

22 İyul 2013, 19:00

İyulun 22-də cəbhə bölgəsindəki Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinin akt zalında 2013-cü il prezident seçkiləri ilə əlaqədar partiya fəalları ilə görüş keçirilib. Tədbirdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP idarə heyətinin üzvü Bahar Muradova, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə birgə 346 nəfər partiya fəalı iştirak edib.

Görüşdə YAP rayon təşkilatının sədri Almaz Həşimova, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, YAP idarə heyətinin üzvü Bahar Muradova, Füzuli rayon İcra Hakimiyyətinin  başçısı Alı Alıyev çıxış edərək prezident seçkisi ilə əlaqədar əhali arasında maarifləndirmə işlərinin aparılması, fəallığın artırılması, seçkilərin demokratik, ədalətli və şəffaf keçirilməsini təmin edən tədbirlərin həyata keçirilməsi məqsədilə görülən işlər və qarşida duran vəzifələr barədə danışıb.

Görüşdə çıxış edənlər rayonda seçkilərə hazırlığın yüksək səviyyədə təşkil olunacağına və seçkilərin  mütəşşəkilliklə keçiriləcəyinə inamlarını ifadə edilər.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım