Modern.az

"Taliban" ŞƏT sammitində iştirak etmək istəyir

Dünya

5 İyul 2023, 21:11

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı Qazaxıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitində iştirak etmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Bildirilir ki, "Taliban" bölgədə təhlükəsizliyə nail olmaq üçün bu cür görüşləri alqışlayır. 

 

Bəyanatda həmçinin deyilir ki, Kabil ŞƏT sammitinin müharibəsiz və narkotikdən azad Əfqanıstanı dəstəkləməkdən bəhs edən yekun bəyannaməsini dəstəkləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış