Modern.az

Təhsil Nazirliyi xaricdə təhsil alanların statistikasını açıqladı

Təhsil Nazirliyi xaricdə təhsil alanların statistikasını açıqladı

Təhsil

23 İyul 2013, 11:17

Təhsil Nazirliyində təhsil ekspertləri və nazirliyin məsul işçilərinin iştirakı ilə görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə ekspertlərin Azərbaycanda təhsil sisteminin problemlərinə dair fikirləri dinlənilib və mövcud problemlərin həlli yolları barədə qarşılıqlı fikir mübadiləsi aparılıb və bu məzmunlu görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda nazirlik Azərbaycanda təhsilin inkişafı (2003-2013) istiqamətində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların statistikasını açıqlayıb.
Statistikaya əsasən, 2007-2008-ci tədris ilində – 66, 2008-2009-cü tədris ilində – 200, 2009-2010-cu tədris ilində – 508, 2010-2011-ci tədris ilində – 783, 2011-2012-ci tədris ilində – 1218 və 2012-2013-cü tədris ilində – 1825 nəfər təhsil alıb.

Aytən ƏLİYEVA  
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım