Modern.az

Azərbaycanda rüşvət alınan sahələrin adları açıqlandı - SİYAHI

Azərbaycanda rüşvət alınan sahələrin adları açıqlandı - SİYAHI

Ölkə

23 İyul 2013, 11:44

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü ilin birinci yarısında korrupsiya cinayətlərinin qeydə alındığı sahələrin adlarını açıqlayıb.

Modern.az saytı xəbər verir ki, rəsmi məlumata görə, 2013-cü ilin birinci yarısında təhsil sahəsi üzrə 6, ticarət sahəsi üzrə 6, səhiyyə üzrə 4, sosial müdafiə sahəsi üzrə 3, yerli icra hakimiyyəti orqanları üzrə 2, əmlak məsələləri üzrə 1 korrupsiya cinayəti qeydə alınıb.
Bundan başqa Vergilər Nazirliyinin Audit Departamentinin məsul şəxsi 250 min manat rüşvət aldığına görə məsuliyyətə cəlb olunub.
Daha sonra Fövqaladə Hallar Nazirliyində 1, məhkəmə orqanlarında 1, mətbuatda 1, Mədəniyyər və Turizm Nazirliyində 1, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyində 1, “Azərenerji”də 1 və digər sahələrdə 36 korrupsiya faktı qeydə alınıb.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi