Modern.az

Yunanıstan, Ermənistan və Kipr birgə məsləhətləşmələr keçirdi

Yunanıstan, Ermənistan və Kipr birgə məsləhətləşmələr keçirdi

6 İyul 2023, 10:10

Kipr Respublikasında (Cənubi Kipr) Ermənistan-Yunanıstan-Kipr üçtərəfli müdafiə məsləhətləşmələri keçirilib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məsləhətləşmələrdə "üç ölkənin maraqları çərçivəsində təhlükəsizlik və əməkdaşlıq məsələləri" müzakirə edilib.

 

"Tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər. Müzakirələr nəticəsində Ermənistan, Yunanıstan və Kiprdə bir sıra tədbirləri özündə əks etdirən üçtərəfli hərbi əməkdaşlığın illik proqramı imzalanıb", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu