Modern.az

Son 15 ildə Azərbaycan vətəndaşlığı alanların SAYI

Son 15 ildə Azərbaycan vətəndaşlığı alanların SAYI

Ölkə

6 İyul 2023, 10:24

"Son 15 il ərzində Azərbaycanda 2 mindən çox vətəndaşsızlıq vəziyyətində olan şəxs Azərbaycan vətəndaşlığını əldə edib".

 

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşsızlıq üzrə yüksəksəviyyəli konfransda deyib.

 

"Son 15 il ərzində Azərbaycanda 2 mindən çox vətəndaşsızlıq vəziyyətində olan şəxs Azərbaycan vətəndaşlığını əldə edib. Həmçinin 6 mindən çox şəxsin mənsubiyyəti tanınıb", - deyə DMX rəisi bildirib.

 

O, xatırladıb ki, 1988-ci ildən başlayaraq Ermənistan tərəfindən etnik təmizləmə siyasəti nəticəsində 250 mindən çox şəxsin vətəndaşlıq hüquqları kobud şəkildə pozulub: "Həmin dönəmdə şəxslər faktiki olaraq vətəndaşsızlıq vəziyyətində idilər. Azərbaycan Respublikasının qanunvericiliyində həmin şəxslərin vətəndaşsızlıq hüququnun təminatı ilə bağlı müddəalar müəyyən edilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım