Bu il 56 min insan müəllim olmaq istəyir.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, müəllimlik ən rəqabətli sahədir: “Rəqabətin olması yaxşıdır. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Bir görürük ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşının artırılmasına da öz töhfəsini verib. Biz sertifikatlaşdırma prosesini müəllimlərin həyatının yaxşılaşdırılmasına hesablamışıq".