Modern.az

Müəllimləri 4 kateqoriyaya bölmək mənasızdır - NAZİR

Müəllimləri 4 kateqoriyaya bölmək mənasızdır - NAZİR

Təhsil

6 İyul 2023, 11:30

"Bizim məqsədimiz ondan ibarətdir ki, ən yüksək nəticə göstərən müəllimləri ayıraq və tanıdaq".

 

Modern.az xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşən elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

"Sertifaksiyadan keçən müəllim həvəsləndirilməlidir. Ən yüksək nəticə nə deməkdir? Bizim bununla bağlı planımız var. Ancaq onu da deyim ki, müəllimləri 4 kateqoriyaya bölmək mənasızdır. Yəni bizim tək məqsədimiz ən yüksək nəticə göstərənlə zəif nəticə göstərənləri ayırmaqdır. Yəni 35, 40 və digər ballara görə kateqoriya ayıra bilmərik",-nazir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi