Modern.az

Almaniyada terror hazırlamaqda şübhəli bilinən taciklər tutuldu

Almaniyada terror hazırlamaqda şübhəli bilinən taciklər tutuldu

6 İyul 2023, 11:40

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən Mərkəzi Asiyadan gəlmiş 7 immiqrant saxlanılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Məlumata görə, saxlanılan şəxslərin əksəriyyəti Tacikistandandır. Nəşr qeyd edib ki, şübhəlilər saxta sənədlərlə qaçqın adı altında Ukraynadan keçməklə ölkəyə daxil olublar.

 

Hazırda araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu