Modern.az

Komitə sədri nazir müavininə iradını bildirdi

Komitə sədri nazir müavininə iradını bildirdi

6 İyul 2023, 13:04

“Nazir müavini Rasim İsmayılov qeyd etdi ki, şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılır, ona görə keyfiyyətsiz dərmanlar artır. Bunu təkcə vətəndaşların üstünə atmaq olmaz”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

 

“Dərmanların keyfiyyətinin aşağı olmasına səbəb olan başqa hallar araşdırılmalıdır. Keyfiyyətsiz dərmanları gətirənlər araşdırılmalıdır. Bunlar şəxsi istifadə üçün gətirən vətəndaşlar deyil. Bu dərmanlar başqa yollarla gəlir. Yaxşı olar ki, siz onu araşdırasınız”, - deyə komitə sədri vurğulayıb.

 

Qeyd edək ki, keyfiyyətsiz dərman vasitələrinin bazara necə daxil olması məsələsinə aydınlıq gətirilib. Səhiyyə nazirinin müavini Rasim İsmayılov bu barədə Milli Məclisin növbədənkənar sessiyasının iclasında danışıb.

 

“Etiraf edək ki, bu kimi dərman vasitələri təkcə şəxsi istifadə məqsədi ilə olmur. Bu kimi vasitələrdən eyni zamanda şəxsi maraqlar üçün də istifadə olunur. Belə halların qarşısının alınması üçün Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Gömrük Komitəsi arasında danışıqlar aparılacaq”,- deyə o bildirib.

Bu xəbər ilə bağlı
Nazir müavini ölkəyə keyfiyyətsiz dərman gətirilməsindən DANIŞDI
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi