Modern.az

Ana özünü və üç övladını zəhərləyib öldürdü

Ana özünü və üç övladını zəhərləyib öldürdü

6 İyul 2023, 13:30

İranın Loristan əyalətinin Durud şəhərində yoxsulluq səbəbindən ana özünü və üç övladını zəhərləyərək öldürüb.

 

Modern.az GünAzTV-yə istinadən xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

 

Bildirilib ki, xüsusilə son illər İranda intiharların sayı kəskin artıb.

 

“Bu, bütün yaş qruplarına mənsub vətəndaşlar arasında özünü göstərir. Məişət problemləri ilə yanaşı intihar sayının artmasında fərdi azadlıqların məhdudluğu, gələcəyə ümidsizlik və depressiv problemlərin çoxalması əhəmiyyətli dərəcədə rol oynayır”, - məlumatda qeyd edilib.

 

Xatırladaq ki, bir müddət əvvəl İran Səhiyyə Nazirliyi və müstəqil psixoloqlar İran vətəndaşlarının orta hesabla 25-30 faizində psixoloji problemlərin olduğunu bildiriblər.

 

Onu da qeyd edək ki, ötən ilin iyul ayında İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bir ailənin 5 üzvü özünü asaraq öldürmüşdü. Əyalətin məhkəmə başçısı höccətülislam Əsədullah Cəfəri bildirmişdi ki, polis əməkdaşları bir ailənin 5 üzvünü asılmış vəziyyətdə aşkarlayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?