Modern.az

Müdafiə Nazirliyində yeni rəis təyinatı...

Müdafiə Nazirliyində yeni rəis təyinatı...

Təhsil

23 İyul 2013, 14:10
Müdafiə Nazirliyi sistemində yeni təyinat olub. APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin imzaladığı müvafiq əmrlə Beyləqan korpusunun qərargah rəisi, polkovnik Şəmsəddin Abuşov Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə rəis təyin edilib.

Xatırladaq ki, 2009-cu ilə kimi Təlim Tədris Mərkəzinin rəisi vəzifəsində general-mayor Lənkəran Əliyev çalışıb. 2009-cu ildə L.Əliyev bu vəzifədən uzaqlaşdırıldıqdan sonra indiyə kimi bu vəzifəni Təlim Tədris Mərkəzinin rəis müavini olmuş polkovnik Fikrət İbrahimzadə icra edib.

Modern.az


Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım