Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.
Modern.az xəbər verir ki, yığmamız Estoniya millisi ilə üz-üzə gələcək.
Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq qarşılaşma saat 18:45-də başlayacaq. A qrupunun digər matçında İtaliya və Moldova seçmələri üz-üzə gələcəklər.
Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.