Modern.az

Türkiyə parlamentində yeni fraksiya fəaliyyətə başladı

Türkiyə parlamentində yeni fraksiya fəaliyyətə başladı

6 İyul 2023, 14:40

Türkiyə parlamentində yeni fraksiya formalaşdırılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, namizədləri müxalifətin "Millət İttifaqı" çərçivəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahılarından deputat seçilən və sonradan bu partiyanın parlament fraksiyasından istefa verən Gələcək və Səadət Partiyaları bu barədə razılığa gəliblər.

 

Partiya sədrləri Ahmet Davutoğlu və Temel Karamollaoğlunun birgə açıqlaması ilə elan olunan yeni ortaq fraksiya Səadət Partiyasının adından fəaliyyət göstərəcək, lakin fraksiyanın sədri Gələcək Partiyasının nümayəndəsi olacaq.

 

Qeyd edək ki, DEVA Partiyasına da ortaq fraksiyada təmsil olunmaq təklif edilsə də, partiya təklifi mənfi cavablandırıb.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?