Modern.az

Zelenski Bolqarıstana bunun üçün gedibmiş... - SƏBƏB

Zelenski Bolqarıstana bunun üçün gedibmiş... - SƏBƏB

6 İyul 2023, 16:48

Ukrayna prezidenti Volodimir Zelenskinin Bolqarıstana səfərinin səbəbləri məlum olub.

 

Modern.az xəbər verir ki, "Strana" nəşri Prezident Ofisindəki mənbələrinə istinadən bu səbəbləri açıqlayıb.

 

Bildirilib ki, əsas məsələ hərbi müdafiə sahəsində dəstəkdir. Bolqarıstanda sovet mərmiləri və silahları var, bunların arasında həqiqətən Ukraynanın ehtiyacı olan şeylər də mövcuddur.

 

Bundan başqa, Zelenskinin Bolqarıstanda Ukraynanın Avroatlantik inteqrasiyası, NATO sammiti, təhlükəsizlik təminatları və sülh formulunun həyata keçirilməsi ilə bağlı danışıqlar aparması məlumdur.

 

Qeyd edək ki, o, artıq Bolqarıstanın baş naziri Nikolay Denkovla görüşüb və təhlükəsizlik məsələləri, dəstək və əməkdaşlıq, eləcə də enerji məsələlərini müzakirə edib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?