Modern.az

Ciddi uğurdan danışmaq hələ tezdir - ZELENSKİ

Ciddi uğurdan danışmaq hələ tezdir - ZELENSKİ

Dünya

6 İyul 2023, 21:40

Ukrayna ordusu əks-hücum əməliyyatı çərçivəsində irəliləməyə davam edir.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın ABC telekanalına müsahibəsində deyib

 

O bildirib ki, Ukrayna silahlı qüvvələrinin döyüş meydanında əldə etdiyi hər hansı ciddi uğurdan danışmaq hələ tezdir.

 

“Biz hamımız istərdik ki, əks-hücum əməliyyatı daha qısa müddətdə başa çatsın, lakin bu, reallıqdır, böyük uğurlardan danışmaq hələ tezdir. Biz irəli gedirik. Biz bir yerdə ilişib qalmamışıq”, - deyə Zelenski vurğulayıb.

 

Onun sözlərinə görə, Ukrayna ordusunun bir sıra sahələrdə irəliləyişindən əminliklə danışmaq olar, lakin bu, kifayət qədər sürətlə deyil.

 

Zelenski həmçinin qeyd edib ki, Qərb ölkələrinin Kiyevi F-16 qırıcıları ilə təmin etmək qərarının gecikməsi Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu ləngidən amilə çevrilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?