Modern.az

Ağırlıqqaldıran idmançımız 3 qızıl medal qazandı 

Ağırlıqqaldıran idmançımız 3 qızıl medal qazandı 

6 İyul 2023, 22:27

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 17-yə qədər olan oğlanların yarışında birdən qaldırma hərəkətində 137 kq-ı ram edərək 1-ci yeri tutub.

 

Təkanla qaldırmada 162 kq-ı başı üzərinə qaldıran "Göyəzən" Ağır Atletika Klubunun təmsilçisi eyni uğuru təkrarlayıb.

 

Toplam 299 kq (137+162) nəticə göstərən atlet yekun sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi