Modern.az

Mirzoyan fransalı həmkarı ilə nələri müzakirə etdi...

Mirzoyan fransalı həmkarı ilə nələri müzakirə etdi...

6 İyul 2023, 22:48

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XIN) məlumat yayıb.

 

Telefon danışığı zamanı nazirlər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edib.

 

Mirzoyan fransalı həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı son proseslər barədə məlumat verib.

 

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına da toxunulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?