Modern.az

Zelenski Türkiyədən əvvəl bu ölkəyə yollandı

Zelenski Türkiyədən əvvəl bu ölkəyə yollandı

Dünya

6 İyul 2023, 23:45

Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstana səfərinin ardınca gözlənilmədən Çexiyaya yollanıb.

 

Modern.az xəbər verir ki, bu barədə ilk məlumatı AP agentliyi yayıb.

 

Daha sonra məlumatı Zelenskinin özü də təsdiq edib.

 

"Diqqət müdafiə dəstəyi, Avropaya inteqrasiya, NATO sammiti, Zaporojye atom elektrik stansiyası ətrafındakı vəziyyət və sülh formulasının həyata keçirilməsinə yönəlib", - Zelenski yazıb.

 

O vurğulayıb ki, Praqada prezident Petr Pavel və baş nazir Petr Fiala, Çexiya parlamentinin hər iki palatasının spikerləri, hökumət üzvləri və media nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

 

Çexiyadan sonra Zelenski Türkiyəyə yola düşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış