Modern.az

Türkiyədə avtobus yük maşını ilə toqquşdu - 18 yaralı

Türkiyədə avtobus yük maşını ilə toqquşdu - 18 yaralı

Dünya

7 İyul 2023, 07:49

Türkiyənin Bolu şəhərində yük maşını ilə sərnişin avtobusu toqquşub.

 

Modern.az xəbər verir ki, qəza nəticəsində azı 18 nəfər xəsarət alıb.

 

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları, xilasedicilər və polislər cəlb edilib.

 

Xilasedicilər bir neçə nəfəri deformasiyaya uğramış avtobusdan çıxarıblar. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

 

Qəzanın səbəbi hələ ki məlum deyil. Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış