Modern.az

Rəsmi qurumların mətbuat katiblərinə mükafat verildi - SİYAHI

Rəsmi qurumların mətbuat katiblərinə mükafat verildi - SİYAHI

Təhsil

23 İyul 2013, 16:57

Modern.az xəbər verir ki, Mətbuat Şurası və Bakcell şirkəti milli mətbuatımızın 138 illiyi münasibətilə media ilə səmərəli əməkdaşlığın qurulmasındakı fəaliyyətinə görə dövlət qurumlarının mətbuat xidməti nümayəndələrinin bir qrupunu diplomla təltif edib. Təltif edilmiş mətbuat xidməti rəhbərlərinin siyahısını təqdim edirik:

  Mehdi Mirsəlimov, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin analitik informasiya şöbəsinin rəisi;

Tanrıverdi Mustafayev, “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri;

Anar Qədirov, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri;

Eldar Sultanov, Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri;

Cəmalə Əliyeva, Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

Vaqif Əsədov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi.  

Azərbaycan Mətbuat Şurası ölkəmizdə jurnalistikanın inkişafına göstərdiyi dəstəyə və media ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasındakı xidmətlərinə görə “Bakcell” şirkətini özünün diplomu ilə təltif edib. Mükafatı şirkətin baş icraçı direktoru Riçard Şirerə MŞ sədri Əflatun Amaşov təqdim edib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım