Modern.az

Kasıblar üçün xüsusi mənzillər tikilməlidir - TƏKLİF

Kasıblar üçün xüsusi mənzillər tikilməlidir - TƏKLİF

7 İyul 2023, 11:12

Azərbaycanda kasıb və orta təbəqə üçün xüsusi mənzillər tikilməlidir.

 

Modern.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi (STM), Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkil etdiyi "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahisələrin mədiasiya vasitəsi ilə həlli tətbiqi" mövzusunda keçirilən konfransda deyib.

 

"Azərbaycanda mənzil tikintisi məsələsində böyük potensial var. Mən düşünürəm ki, mənzillarin sayın artırmaq mümkündür. Kasıb və orta təbəqə üçün də xüsusi mənzillər tikilməlidir. Hər zaman belə məsələrdə Sinqapurdan danışırlar. Sinqapurlular isə açıqlayır ki, bu səviyyəyə çatmaq üçün korrupsiyanı yığışdırmaq, investisya qoymaq və iş görmək lazımdır. Bu məsələlərə ciddi nəzarət edilməlidir", - deyə deputat bildirib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi