Modern.az

Hacıbala Abutalıbov Bakını eybəcərləşdirib - Deputatdan ittiham

Hacıbala Abutalıbov Bakını eybəcərləşdirib - Deputatdan ittiham

Aktual

7 İyul 2023, 11:15

Hacıbala Abutalıbov uzun illər heç nəyə məhəl qoymadan tikinti işləri aparırdı, bununla da şəhər eybəcərləşirdi. 

 

Modern.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi (STM), Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkil etdiyi "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahisələrin mədiasiya vasitəsi ilə həlli tətbiqi" mövzusunda keçirilən konfransda deyib.

 

"Əvvəllər Bakının müəyyən yerlərində bağçalar sökülüb binalar tikilib. Həmçinin binalar çox yaxın inşa edilirdi. Doğrudur, bu məsələ hazırda çox ciddi nəzarət götürülüb. Uzun illər Hacıbala Abutalıbov heç nəyə məhəl qoymadan tikinti işləri aparırdı, bununla da şəhər eybəcərləşirdi. Ancaq indi bu məsələ üzrə ciddi işlər aparılır", - deputat əlavə edib.

Bu xəbər ilə bağlı
Kasıblar üçün xüsusi mənzillər tikilməlidir - TƏKLİF
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!