Modern.az

Təəssüf! "Neftçi" Çempionlar Liqasından uzaqlaşdırıldı

Təəssüf! "Neftçi" Çempionlar Liqasından uzaqlaşdırıldı

Təhsil

24 İyul 2013, 01:43

İyulun 24-nə keçən gecə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.Modern.az xəbər verir ki,  turnirdə yeganə təmsilçimiz olan "Neftçi" klubu cavab oyununa çıxıb.

Bakıdakı ilk oyunda 0:0 bərabərə qalan "Neftçi" klubu Albaniyada "Skenderbeu"nun qonağı olub. Son Azərbaycan çempionunu bu görüşdə istənilən qollu heç-heçə və ya minimal hesablı qələbə qane edəcəkdi. Lakin əlavə hissənin 116-cı dəqiqəsində qapısında qol görən "Neftçi" 0:1 hesablı məğlubiyyətlə barışmalı olub. Beləliklə də Bakı klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.   

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım