Modern.az

Donbas separatçısı İtaliyada saxlanıldı

Donbas separatçısı İtaliyada saxlanıldı

Dünya

7 İyul 2023, 16:26

Ukraynanın Donbas bölgəsində bir neçə il separatçıların döyüşçüsü olmuş Alessandro Bertolini ötən həftə İtaliyanın Milan hava limanında saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bertolininin vəkili "RİA Novosti"yə bildirib.

 

O qeyd edib ki, müvəkkilinin ikili vətəndaşlığı var və Bertolini 2021-ci ildə Rusiya pasportu alıb. Ondan əvvəl isə qondarma "Donetsk XR" vətəndaşlığına dair sənədləri olub.

 

Onun sözlərinə görə, İtaliya tanımalıdır ki, Bertolininin Rusiya sərhədlərini qorumaq hüququ var, lakin məhkəmə bununla razılaşmasa, o zaman Bertolini İtaliya pasportundan imtina etməyə hazırdır.

 

İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 1-nə təyin edilib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu