İyulun 8-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.
DİM-dən Modern.az-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla 20 nəfər iştirak edib.
İştirakçılar imtahanın nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının iyulun 12-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.