Modern.az

Xızıda güclü yanğın - YENİLƏNİB

Xızıda güclü yanğın - YENİLƏNİB

8 İyul 2023, 15:20

İyulun 8-i günorta saatlarında Xızı rayonu ərazisində meşədə və biçilmiş əkin sahələrində yanğın başlayıb.

 

Modern.az xəbər verir ki, meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür.

 

Yanğının söndürülməsinə FHN-lə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli icra hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

 

Hazırda yanğının nəzarətə götürüldüyü bildirilir.

 

Yanğın Xızı rayon mərkəzinə və Tıxlı kəndinə yaxın ərazidə qeydə alınıb.

 

***

️Xızı rayon Tıxlı kəndindən keçən Altıağac qoruğunda yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər